Yumurta qabığının faydaları » Hop.az
HAVA HAQQINDA
Bakı +11oC
Gəncə +8oC
SORĞU
İstirahət günlərində nə edirsiniz?
Kinoya gedirəm
Konsertə gedirəm
Parka gedirəm
Əyləncə Mərkəzlərinə gedirəm
Evdə oturub televizor izləyirəm
Yatıram
Digər

Hop.az » Maraqlı və məsləhətli » Yumurta qabığının faydaları
Yumurta qabığının faydaları
  • 12-06-2013, 16:37
  • 706
  • 0

 

Yumurta qabığının faydalı olması və bir çox xəstəliklərin müalicəsində istifadəsi təbabətə hələ qədimdən məlumdur.Onu faydalı edən tərkibinin çoxlu miqdarda kalsiumla zəngin olmasıdır. 90 % kalsium karbonatdan ibarət olan yumurta qabığında üstəlik mis,ftor,dəmir,kükürd,sink,fosfor,manqan və orqanizm üçün çox faydalı olan digər mikroelementlər də vardır.Bildiyimiz kimi, orqanizmdə kalsium çatışmazlığı qanazlığına,soyuqdəymə hallarının artmasına,müxtəlif allergiyalara,uşaqlarda raxitliyə,dişlərin əyri çıxmasına,onurğa sütununun əyilməsinə,yaşlı insanlarda isə sümüklərin kövrəlməsinə səbəb olur.Körpə orqanizmində sümük toxuması durmadan inkişaf etdiyinə görə 3 yaşına qədər uşaqların yeməklərində yumurta qabığından istifadə etmək məsləhət görülür.Xüsusən də raxitlik və qanazlığı olan uşaqların yeməyinə mütləq əlavə olunmalıdır.

Bəs yumurta qabığından necə istifadə olunmalıdır?

Bunun üçün əvvəlcə yumurtanı qaynar su ilə yuyub sonra içini boşaltmaq lazımdır. Boşaltdıqdan sonra qabıqları yenidən yuyub bir kənara qoymaq lazımdır ki,yaxşıca qurusun.Qurudulmuş qabıqlar həvəngdəstədə döyülüb toz halına salınır.Qaynadılmış yumurta qabığından da istifadə etmək olar. Amma onun effekti çiy yumurta qabığının effektindən zəif olur.Əgər uşaqlar üçün hazırlanırsa, qaynadılmış qabıqdan istifadə etmək daha düzgündür.Hazırladığınız tozu səhər yeməyi zamanı kəsmiyə,sıyığa əlavə edə bilərsiniz.Profilaktika üçün ildə iki dəfə 15-20 gün qəbul etmək olar.


Bölmə: Maraqlı və məsləhətli, Sağlamlıq dünyası
Geriyə
Hörmətli qonaq, siz qeydiyyat olunmadan sayta daxil olmusunuz.
Xahiş edirik, qeydiyyatdan keçərək sayta daxil olasınız.
Məlumat
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.